Bu barədə Baş nazir Nikol Paşinyan bu gün brifinqdə bildirib.
Nikol Paşinyan qeyd edib ki, Ermənistan və Azərbaycandakı elektrik enerjisinin artıqlığı beynəlxalq bazarlara çıxış üçün potensial yaradır: “Bu, o deməkdir ki, Ermənistan Azərbaycana məxsus şəbəkə vasitəsilə tranzitdən istifadə edə biləcək, Azərbaycan isə Ermənistana məxsus şəbəkədən istifadə edərək, o cümlədən Naxçıvana enerji ötürə biləcək”.
Baş nazir əlavə edib ki, əgər hər hansı bir səbəbdən Ermənistanın enerji ixracı reallaşmasa belə, ən azından Ermənistan tranzitdən gəlir əldə edəcək. (APA)