02.02.2026, 13:55
AZ EN
19.01.2026, 10:03 191

Paşinyanın həbs etdirdiyi Karapetyan ev dustaqlığına buraxıldı

XƏBƏRLƏR
  • Ermənistanıb Baş naziri Nikol Paşinyanın göstərişi ilə ötən ilin iyulunda həbs edilmiş ermənəsilli rusiyalı iş adamı Samvel Karapetyan ötən bazar istintaq təcridxanasından ev dustağlığına buraxılıb. Saxlanıldıqdan sonra Ermənistanın siyasi dairələrində böyük nüfuz sahibinə çevrilmiş Karapetyanın tərəfdarları onun öz malikanəsinin qarşısında coşğu ilə qarşılayıb.

"Vətən səsi" xəbər verir ki, yığılıblar. Yanvarın 16-da Samvel Karapetyan Antikorrupsiya Məhkəməsinin qərarı ilə xəstəxanadan "Yerevan-Kentron” cəzaçəkmə müəssisəsinə gətirilmişdi. Məhkəmə bununla da 2025-ci ilin sonunda aşağı instansiya məhkəməsinin çıxardığı ev dustaqlığı qərarını ləğv etmişdi. Lakin yanvarın 17-də Ermənistanın Antikorrupsiya Məhkəməsi Karapetyan barəsində ev dustaqlığının müddətinin uzadılması barədə qərar qəbul edib.

“Sputnik Armenia" yazır ki, dünən iş adamının evinin qarşısına toplaşan tərəfdarlarına məhkəmə qərarına əsasən Karapetyana yaxınlaşmağın və onunla danışmağın qadağan edildiyi bildirilib. Tərəfdarları polis avtomobili ilə malikanəsinə gətirilən Karapetyanı alqışlarla qarşılayıb.

Xatırladaq ki, Rusiyada sənaye və tikinti korporasiyası kimi məşhur “Taşir” Şirkətlər Qrupunun qurucusu və rəhbəri Samvel Karapetyan olan 4,5 milyard dollar sərvətə malikdir.  Ötən il iyunun 18-də hüquq-mühafizə orqanları Samvel Karapetyanı saxlamış, daha sonra məhkəmədə konstitusiya quruluşunun zorla dəyişdirilməsinə çağırış ittihamı ilə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. İttiham onun kütləvi çıxışında "siyasətçilər bu işi yerinə yetirə bilməsələr, biz öz tərzimizlə müdaxilə edəcəyik" deməsi ilə əsaslandırılıb. Onun Ermənistan Apostol Kilsəsini hakimiyyətlə ruhanilər arasında yaranmış münaqişə fonunda açıq şəkildə dəstəklədikdən sonra həbs edilməsi böyük rezonans yaratmışdı. Karapetyan özünü təqsirli bilmədiyini, baş verənləri hökumətin siyasi təzyiqi adlandırmışdı. Rusiyalı iş adamının kilsəyə dəstək bəyanatından sonra Ermənistanın baş naziri Nikol Paşinyan sosial şəbəkələrdə ruhanilərə və xeyriyyəçilərə qarşı bir sıra təhqiramiz paylaşımlar etmiş və bundan sonra erməni cəmiyyətində özünə xeyli tərəfdar toplamışdı.

Elxan SALAHOV

 

Oxşar xəbərlər