15.01.2026, 00:30
AZ EN
14.01.2026, 12:28 211

Paşinyan: TRIPP layihəsi üzrə hazırlanan formul ABŞ və Ermənistanı qane edir

XƏBƏRLƏR
  • "Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu" (TRIPP) layihəsinin həyata keçirilməsi məsələsində tərəflər Ermənistan və ABŞ-ni tam şəkildə qane edən formul hazırlaya biliblər.

Bu barədə ölkənin Baş naziri Nikol Paşinyan sənədin layihənin həyata keçirilmə qaydası ilə bağlı müddəalarını şərh edərkən bildirib.

Daha əvvəl Ermənistan Xarici İşlər Nazirliyi (XİN) TRIPP layihəsinin həyata keçirilmə qaydasını müəyyən edən sənəd dərc edib. Sənəd Ermənistan XİN başçısı Ararat Mirzoyan ilə ABŞ Dövlət katibi Marko Rubio arasında Vaşinqtonda keçirilmiş görüşün yekunlarına əsasən təqdim edilib.

N.Paşinyanın sözlərinə görə, Bakı tərəfindən sənədə rəsmi reaksiya hələ olmayıb, lakin o hesab edir ki, təklif olunan formul Azərbaycan tərəfinin maraqları ilə tam şəkildə həmahəngdir.

Baş nazir, həmçinin "Tramp marşrutu"nun həyata keçirilməsinin regionda uzunmüddətli sülhə yol açdığına əminliyini ifadə edib.

"Artıq bu gün region, xüsusilə dünyada baş verən hadisələrin fonunda daha təhlükəsiz bir mühiti təmsil edir", - o qeyd edib.

N.Paşinyan vurğulayıb ki, layihənin irəliləməsində ABŞ Prezidenti Donald Trampın şəxsi marağı həlledici rol oynayıb.

Baş nazir qeyd edib ki, Ermənistan Avropa İttifaqının "Tramp marşrutu"na cəlb olunmasında maraqlıdır:

"Ötən gün Vaşinqtonda Ermənistan və Azərbaycan arasında sülhün institutlaşdırılması və TRIPP layihəsinin praktiki baxımdan reallaşdırılması yolunda daha bir mühüm addım atıldı. Bu münasibətlə hamımızı təbrik edirəm. Aydındır ki, indi bizim regiona böyük investisiyalar və böyük vəsaitlər yönləndiriləcək. Bu, yaxşı xəbərdir".

N.Paşinyanın sözlərinə görə, ABŞ-nin layihədə iştirakı artıq müəyyənləşdirilib: "Avropa İttifaqından olan tərəfdaşlar ilə Aİ-nin cəlb ediləməsi formatını və konkret layihələri ətraflı şəkildə müzakirə etmək lazımdır. Biz bunda maraqlıyıq". (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR