06.02.2025, 14:24
AZ EN
06.02.2025, 08:52 325

Hakimiyyət xalqı vətəndaş müharibəsinə sürükləyir

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü sayında yuxarıdakı başlıq altında paylaşılan yazıda qeyd olunub ki, dünən " İrəvan avtobus" qapalı səhmdar cəmiyyətində sürücülərə ciddi xəbərdarlıq edilib.

Onlara bildirilib ki,əgər sərnişinlər yenə 100 dram gediş haqqı ödəsələr sürücülərin maaşları tam ödənilməyəcək. Qiymət artımına baxmayaraq hələ də köhnə tariflə işləyən bəzi sürücülər isə etiraz aksiyasının davam etməsinə maraqlıdırlar. Bir sürücü isə 150 deyil,100 dram gediş haqqı ödəyən sərnişinin başına vuraraq onu təhqir etdikdən sonra özü döyülərək yerə atılıb və hadisəyə polis müdaxiləsindən sonra avtobusun hərəkəti bərpa edilib.

Bu və digər narazılıqların vətəndaş müharibəsinə gətirib çıxaracağını iddia edən "Hraparak"ın yaydığı daha 5 yazıda da qiymət artımı ilə bağlı  cəmiyyətdəki narazılıqların durmadan artırdığı diqqətə çatdırılır.

Nəsib

Oxşar xəbərlər