18.04.2025, 16:26
AZ EN
13.12.2024, 14:25 329

Paşinyan sabiq həmkarlarını hədəfə alıb

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü paylaşımında baş  nazir Nikol Paşinyanın vaxtilə bir yerdə işlədiyi jurnalistlərə qarşı müxtəlif təsir vasitələrindən istifadə etdiyi xüsusi vurğulanıb. Jurnalist Hayk Gevorkyan yazıb ki, sabiq redaktor Nikol Paşinyan və onun "Vətəndaş müqaviləsi" partiyası müxalif jurnalistlərə, xüsusilə "Hraparak"ın əməkdaşlarına əsl təcavüzə başlayıb.

Baş nazir Hovik Ağazaryanın partiyadan uzaqlaşdırılmasını isə dövlət sirrinin "Hraparak"a ötürülməsi ilə açıqlanması və xəyanət kimi dəyərləndirib. Müəllif əlavə edib ki, Nikol Paşinyan illər öncə "haykakan jamanak" qəzetində redaktor işləyərkən həm özü, həm də əməkdaşları müxtəlif mənbələrdən əldə etdikləri məlumatları sensasiya naminə çox şişirtmək, hətta KİV haqqında qanuna zidd fəaliyyət göstərib.

"İnformasiya azadlığı mərkəzi" adlanan ictimai təşkilatın rəhbəri Luana Daydoyan isə müəlliflə söhbətində Ermənistanda jurnalistlərə müxtəlif  təzyiqlər göstərildiyini və bunun birbaşa baş nazirin göstərişi ilə edildiyini vurğulayıb. Sonda isə deyib ki, Nikol təkcə özünün deyil, həm də ölkənin keçmişini və gələcəyini düşünməyən diletant rəhbər olduğunu yaxşı bilir.

N.Qaramanlı

Oxşar xəbərlər