15.01.2026, 08:40
AZ EN
11.11.2025, 15:37 145

Ermənistanlı nazir: Azərbaycan vasitəsilə gətirilmiş buğdadan hazırlanan çörəyi ilk dadmağa hazıram

XƏBƏRLƏR
  • Ermənistanın iqtisadiyyat naziri Qevorq Papoyan bildirib ki, Azərbaycandan tranzitlə ölkəsinə gətirilən Qazaxıstan buğdasından hazırlanan çörəyi birinci dadmağa hazırdır.

Bu barədə Ermənistan KİV-inə istinadən xəbər verir.

"Birinci mən bu buğdadan hazırlanan çörəyi dadmağa hazıram", - nazir sosial şəbəkələrdə yazıb.

Daha əvvəl məlumat verilmişdi ki, Qazaxıstan taxılı ilə yüklənmiş qatar Qazaxıstan, Rusiya, Azərbaycan və Gürcüstan ərazisindən keçərək Ermənistana çatıb. Təxminən 1 000 ton dördüncü sinif buğda çatdırılmışdı. Təchizat Azərbaycanın tranzit yük daşımalarına qoyduğu məhdudiyyətləri aradan qaldırması sayəsində mümkün olub. (Report)

Oxşar xəbərlər

SON XƏBƏRLƏR