"Vətən səsi" xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Şirkətin sözçüsü Nataliya Sardjanyan bildirib ki, əməliyyat səhər tezdən, rəsmi iş saatından xeyli əvvəl başlayıb. Onun sözlərinə görə, hüquq-mühafizə orqanlarının əməkdaşları binaya daxil olaraq əməliyyat-axtarış tədbirləri aparıldığını elan etdikdən sonra işə gələn şirkət işçilərinin ofisə daxil olmasına icazə verilmir: "Hazırda əməkdaşlarımız binaya buraxılmır. Axtarış-əməliyyat tədbirləriaparmaq üçün gələnlərin hansı qurumun əməkdaşları olduqlarını bilmirik, bizi ofisə buraxmırlar. Bütün əməkdaşlar hazırda girişdə toplaşıb".
Ermənistan mətbuatı yazır ki, hüquq-mühafizə orqanları eyni zamanda şirkətin baş direktoru Samvel Karapetyanın qardaşı oğlu Narek Karapetyanın yaşadığı evdə də axtarış aparır.
Qeyd edək ki, “Taşir”in sahibi Samvel Karapetyan iyunun 18-də hakimiyyətin ələ keçirilməsinə açıq çağırışlar etmək ittihamı ilə iki ay müddətinə həbs edilib. Bundan sonra Ermənistan parlamenti ona məxsus “Elektrik Şəbəkələri” QSC-nin milliləşdirilməsinə icazə verən qanun layihəsini birinci oxunuşda qəbul edib. Hökumət tərəfindən təqdim olunan qanun layihəsi birinci oxunuşda qəbul olunub. Parlamendəki müxalifət fraksiyaları bunun əleyhinə çıxsa da, qanun layihəsi 65 səs lehinə, 30 səs əleyhinə olmaqla hüquqi qüvvə alıb və həmin iclas yerli televiziya kanalları ilə canlı yayımlanıb.
Elxan SALAHOV