12.03.2025, 07:50
AZ EN
11.03.2025, 12:20 205

Vartan Voskanyan Ruben Vartanyanın pulu ilə kef edir

XƏBƏRLƏR
  • "Hraparak"ın verdiyi xəbərə görə, yaşlandıqca üzü də daxili kimi eybəcərləşən Vartan Voskanyan adlı sabiq xarici işlər naziri dünən Qarabağdan könüllü köçən bir neçə hayı bir yerə yığıb deyib ki, siz hələ də "arsaxın deputatısınız".

Vartan əlavə edib ki, bu günlərdə xaricdə bir neçə şəxslə görüşüb və onlarla söhbətdən razı qalıb. İsveçrə federal şurasının və kanadanın bu yaxınlarda Qarabağdan köçənlər barədə qeyri-qanuni bəyannamə qəbul etməsini öz fəaliyyətinin bəhrəsi kimi qələmə verən bu meymunabənzər "diplomat" oraya toplaşanlara hazırda Bakıda məhkəməsi gedən siyasi möhtəkir Ruben Vartanyanı da xaricdə dəstəklədiyini və azad edilməsi üçün çox iş gördüyü barədə lovğalanıb.

Dediklərindən həm də belə çıxır ki, o xaricə məhz Rubenin pulu ilə gedib. Görünür, özünə yaxşı gəlir yeri qazanıb və meymunluğunu bundan sonra da davam etdirəcək. Yeri gələndə isə yenə deyəcək ki, Nikol hakimiyyətindən nə maddi, nə də mənəvi asılılığı yoxdur.

Nəsib

Oxşar xəbərlər