Professor vurğulayıb ki, Ermənistan konstitusiyasının 123-cü maddəsinin 3-cü hissəsinə əsasən prezident öz səlahiyyətlərini həyata keçirərkən ümummilli mənafeyi əsas götürməlidir. Amma bu məktub "erməni soyqırımı"nın dünyada tanınmasının hayların mənafeyinə xidmət edəcəyinə inandığını və prezidentdən bu istiqamətdə təcili fəaliyyətə başlamasını tələb edən hüquq üzrə professor adını daşıyan bu hayın nə tarixdən, nə də reallıqdan xəbəri olmadığını isbatlayır. Vətəndaşı olduğu Osmanlı imperiyasına qarşı Antantaya cəsusluq edən və yüz minlərlə türkü qətlə yetirən hayların törəmələrinin indi hansısa saxta sənədin qəbul olunması üçün vay-şivən salmalarının arxasında isə təbii, həmin Antantanın törəmələri, bir də sasani fars rejimi durur.
Nəsib