14.03.2025, 21:01
AZ EN
31.01.2025, 10:43 242

Hayların ordusunda dərəbəylik davam edir

XƏBƏRLƏR
  • "Hraparak"ın müxbiri Hayk Gevorkyan yazıb ki, hakimiyyət ölkədə demokratik dəyərlərin getdikcə cəmiyyətdə özünə geniş yer elədiyini desə də reallıq başqa mənzərəni əks etdirir və bu ordudakı qanunsuzluqlar fonunda da aydın görünür.

Əlavə edib ki, iki oğlunun hərbi xidmət müddəti başa çatsa da hələ də təxris olunmayıblar. Səbəbini soruşduqda isə bildiriblər ki, hərbi xidmət müddəti orduya gələn gündən deyil, "qarantin" adlanan bir aylıq nizam bölüyündə hazırlıq keçib hərbi and içilən gündən hesablanır. Müxbir sözügedən məsələ ilə bağlı hərbi ekspert Vitanesyanla söhbət edib.

Ekspert deyib ki, sovetlər dönəmində belə idi, amma indiki mövcud nizamnamədə niyə belə davranıldığının mahiyyətini hələ də başa düşə bilmir.

Məsələ ilə bağlı rəyi soruşulan hüquq müdafiəçisi Zaruhi Hovhannisyan isə bildirib ki, əsgər bir-iki kobud səhvinə görə yenidən intizam bölüyünün tabeliyinə göndərilə bilər, bu isə onun heç də əlavə hərbi xidmət keçməsi anlamına gəlməməlidir.

Müxbir müşahidələrinə əsasən belə qənaətə gəlib ki, erməni əsgərləri qanunla nəzərdə tutulmuş 2 il əvəzinə müxtəlif bəhanələrlə daha 1 ay xidmət edirlər ki, bunun da səbəblərindən biri ordudakı özbaşınalıqdır.

Sonda xatırladılır  ki, erməni ordusundakı qanunsuzluqlar barədə bu il hökumətin 3 qapalı iclası olub.

N.Qaramanlı

Oxşar xəbərlər