O, yazıb ki, 2025-ci il də Ermənistan üçün yaxşı heç nə vəd etmir və Paşinyanın ölkədə faşist rejimi yaratdığını təsdiqləyir. Baş redaktor əlavə edib ki, Nikol həmişə gülümsəyir və gülümsər üzü ilə haylar üçün vay- şivənə səbəb olan işlər görür.
Sonda Ermənistandakı faşist rejiminin guya Azərbaycanın maraqlarına xidmət etdiyini vurğulayan "müxalif qaynana" əhalini sözügedən rejimdən xilas olmağa səsləyib. Amma unudur ki, 4 ildən də çox bir müddətdə keçirilən hətta kütləvi etiraz aksiyaları belə həmin rejimi tərpədə bilməyib. Bunun üçün yalnız Azərbaycanın dəmir yumruğu lazımdır.
N.Qaramanlı