02.08.2025, 11:13
AZ EN
29.12.2024, 10:45 332

Paşinyan yalan danışmağı tərgitməyib

XƏBƏRLƏR
  • "Hraparak"a istinadən xəbər vermişdik ki, hayların baş naziri Nikol Paşinyan COVİD-ə yoluxma əlamətləri aşkar olunduğuna görə o, nə MDB dövlət başçılarının Sankt Peterburqda keçiriləcək qeyri-rəsmi zirvə toplantısında, nə də hökumətin cümə günündəki iclasında iştirak edib. Bir gün sonra isə o, paylaşım edib ki, artıq müalicə olunub və hökumət binasındakı iş otağında öz fəaliyyətini davam etdirir.

"Hraparak"ın verdiyi xəbərə görə, bir az sonra isə Nikol Paşinyanın öz FB səhifəsində yazdığına görə o, paytaxtda deyil, həyat yoldaşı Anna ilə Göyçə gölünün sahilindəki yay istirahət evində dincəlir.

"Hraparak" əlavə edib ki, Anna Hakopyanın təyin etdiyi mətbuat konfransına gəlməməsi də məhz həmin olayla bağlı olub. Karen Martirosyan bu barədə yazdığı məqalədə onu da xatırladıb ki, Nikol Paşinyanın dediyi sözünü dəyişməsi yenilik deyil. O, yalanı elə ustalıqla deyir ki, qarşı tərəfdə şübhə yeri qalmır.

Müəllif sonda əlavə edib ki, Azərbaycanlılar isə Nikolun məhz bu xüsusiyyətini də yaxşı bildiklərinə görə onun ciddi adam kimi qəbul etmirlər.

N.Qaramanlı

Oxşar xəbərlər