Diplomatiya sözçüsü deyib ki , "Dağlıq Qarabağ münaqişəsinin" həlli üçün yaradılan Minsk qrupunda Rusiya, ABŞ və Fransa nümayəndələri həmsədrlik edib, dəfələrlə bu və ya digər variantlar təklif edilib. Amma sözügedən məsələyə hərbi yolla son qoyulub. Nəticə isə bəllidir: Azərbaycan öz suveren ərazi bütövlüyünü bərpa edib. "Ermənistan sözügedən qrupun fəaliyyətini davam edilməsi üçün dəfələrlə məsələ qaldırsa da Azərbaycan buna ehtiyac olmadığını vurğulayıb" - deyə o, əlavə edib ki, həmsərdlər 3 ilə yaxındır bir-biri ilə adi telefonla da əlaqə saxlamırlar. Xatırladaq ki, Ermənistanın Praqa sammitində də Qarabağın Azərbaycana məxsus olmasını bəyan etməsi, Azərbaycanın ərazi bütövlüyünü tanımasını yenidən təkrarlayan M.Zaxarovaya indi söyən ermənilər vaxtilə onu "həqiqət sözçüsü" adlandırırdılar.
Nəsib