25.12.2024, 05:44
AZ EN
24.12.2024, 16:32 121

Müxalifət ictimai birliklərə güvənir

XƏBƏRLƏR
  • İrəvan şəhər bələdiyyəsinin sədri Tiqran Avinyanın 2025-ci illə bağlı hazırlatdığı  layihələrin müzakirəsində iştirakdan imtina edən müxalif bələdiyyə üzvləri öz mövqelərindən çəkilməsələrdə sözügedən layihələr cüzi səs çoxluğu ilə qəbul edilib. Bundan narazı qalan müxaliflər qeyri-hökumət təşkilatlarının bir neçəsini öz tərəfinə çəkməklə etiraz aksiyası keçirməyi planlaşdırıb.Onların sırasında "milli irəliləyiş" birliyinin də adı hallanır.

Sözügedən qurumun fəalı İzabella Abzaryan "Hraparak"ın müxbiri ilə söhbətində baş nazir Nikol Paşinyanın komandasında təmsil olunan bələdiyyə sədrinin əhalinin xeyrinə deyil məhz hakimiyyətin mənafeyinə uyğun fəaliyyət göstərdiyini, belə davam edərsə müxalifətin sıralarına qoşulacaqlarını bildirib. Əlavə edib ki, Yeni il ərəfəsində hakimiyyət üçün "geniş aksiya hədiyyəsi" hazırlanmaqdadır.

Deyəsən, haylar qarşıdakı təqvim ilində də özlərinə yeni faciə günü yaradacaqlar.

Nəsib

Oxşar xəbərlər