09.06.2025, 03:57
AZ EN
26.01.2024, 10:37 409

İqtidar tərəfdarları kilsəyə qarşı yeni təxribat hazırlayırlar

XƏBƏRLƏR
  • "Joğovurt" qəzetində bu başlıqla dərc olunan və "Hraparak" tərəfindən də paylaşılan məqalədə yazılıb ki, "Paşinyan hakimiyyətinin tərəfdarları kilsəyə qarşı "Vaxtanank" (vartançılar) adlanan yeni hərəkat yaradıblar və aksiya keçirərək ali dini rəhbərin istefasını tələb etməyə hazırlaşırlar". Qəzetin etibarlı mənbədən əldə etdiyi məlumata görə, aksiyanın fevralın 24-də keçirilməsi nəzərdə tutulur.

Bu hərəkatın başında Andranik Dövlətyan adlı şəxsin dayandığını bildirən qəzet sonra yazıb ki, o, uzun müddət ABŞ-da yaşayıb və daim Nikol Paşinyanın və komandasının fəaliyyətini bəyənərək təbliğ edib. Ermənistana qayıtdıqdan sonra kilsə ilə hakimiyyət arasındakı fikir ayrılıqlarına dair öz FB hesabında paylaşımlar edərək hakimiyyətin tərəfdarı olduğunu sübut edib.

Qəzet sonda xatırladıb ki, Müqəddəs Taxt-tac-Tacın başçısının əhaliyə Yeni illə bağlı müraciətinin hakimiyyət tərəfindən ekrana buraxılmaması səbəbindən tərəflər arasındakı münasibət daha da soyuqlaşıb və qarşılıqlı ittihamlar çoxalıb. Bir neçə gün öncə isə kilsənin dəstəkləyən təşkilatlar hakimiyyətə qarşı aksiya keçirib. Paşinyan tərəfdarlarının aksiyasının  isə Eçmiədzindəki baş kilsənin qarşısındakı meydanda keçiriləcəyi bildirilib.

N.Qaramanlı

Oxşar xəbərlər