23.12.2024, 16:05
AZ EN
23.12.2024, 11:10 113

Paşinyan peşman olub

XƏBƏRLƏR
  • "Hraparak"bu günkü yayımında baş nazir nikol Paşinyanın öz FB səhifəsindəki yazısını tam mətni ilə paylaşıb.

O, yazıb ki, 1994-cü ildə atəşkəs elan olunduqdan sonra bütün danışıqlar Qarabağın Azərbaycanın tərkibində olması istiqamətində gedib. Müstəqillik barədə heç vaxt danışılmayıb. Amma Ermənistan rəhbərliyi daxili auditoriyada öz mənafeyi naminə "müstəqillik" təşviqatı aparıb, həqiqət etiraf olunmayıb və xalq inanıb.

Baş nazir daha sonra xalqdan üzr istəyərək 2018- ci ildə hakimiyyətə gələndən sonra danışıqların məzmunu barədə danışmadığına, emosional şəkildə "arsax ermənistandır və nöqtə "dediyinə görə hələ də təəssüfləndiyini vurğulayıb.

Əlavə edək ki,onun bu etirafı birmənalı qarşılanmayıb.

Nəsib Qaramanlı

Oxşar xəbərlər