23.12.2024, 14:55
AZ EN
23.12.2024, 09:50 222

Ermənistanda "iqtisadi sıçrayış" bitdi

XƏBƏRLƏR
  • Rusiyaya tətbiq edilən sanksiyalar səbəbindən “iqtisadi sıçrayış” yaşayan Ermənistan iqtisadiyyatında bu il iqtisadi artım gözlənildiyindən daha pis nəticə göstərib.

Vətən səsi "Axar.az"a istinadən xəbər verir ki, bu barədə erməni ekspert Akop Köçəryan bildirib.

O qeyd edib ki, 2022-23-cü illərdə 12 faizin üstündə olan “iqtisadi artım” (Ukrayna müharibəsinin başlaması ilə Rusiyaya tətbiq edilən sanksiyaların dəlinməsi hesabına Ermənistandakı artım – red.) artıq yoxdur. Belə ki, Paşinyan hakimiyyəti bu il 7 faizlik artım proqnozlaşdırsa da, gözlənti 5,8%-ə düşüb: “Amma bu rəqəmə çatmağa da ümid yoxdur. Ən yaxşı halda bu il iqtisadi artım cəmi 4,5-5 faiz olacaq”. Onun sözlərinə görə, bu, “Ermənistan iqtisadiyyatına xarici təsirlərin” zəifləməsi ilə bağlıdır:  “Gələn il artım gözləntiləri 5,1 faiz təşkil edir ki, bu da 2020-ci ilə qədər olan 8 ilin ən aşağı göstəricisidir. Amma hətta bu da sual altındadır. Təkcə iqtisadiyyat yox, dövlət büdcəsi də çıxılmaz vəziyyətə düşüb. Büdcəyə o qədər maliyyə yükü əlavə ediblər ki, onu örtmək üçün vergiləri artırmağa məcbur olurlar. Bunun iqtisadi nəticələrini belə nəzərə almırlar. Büdcənin maliyyə problemləri getdikcə pisləşir, hətta vergiləri qaldırmaqla, iqtisadiyyatı boğmaqla belə, büdcədə götürülmüş öhdəlikləri təmin edə bilmirlər. Büdcə xərclərini yerinə yetirmək üçün borclarını artırmağa məcbur olurlar. Borcu o qədər şişirdiblər ki, büdcə üçün ciddi risklər yaranıb. Hətta borc alıb, borcları bağlayırlar.

İkinci ildir ki, sosial xərclər, xüsusən də pensiya və müavinətlər, minimum əmək haqqı bir neçə min dram da olsa, artırılmır”.

Günel QULİYEVA

Oxşar xəbərlər