- Özünün yazdığına görə babaları Türkiyənin Van vilayətindən köçüb gəldikdən sonra Vaneçyan soyadını qəbul etməsindən qürurlanan sabiq milli təhlükəsizlik naziri Artur Vaneçyan "Hraparak"da yayılmış "Hakimiyyət indi də bizim 20 dekabr günümüzü oğurlamaq istəyir" başlıqlı yazıda təhlükəsizlik xidməti əməkdaşlarının peşə bayramları münasibətilə ilə təbrik edərək xüsusi vurğulayıb ki, baş nazir N.Paşinyan və komandası təqvimdə 20 dekabrın - təhlükəsizlik xidməti gününün qırmızı rəngdə verilməməsini tapşırıb.
Bunu həm də tarixə hörmətsizlik kimi dəyərləndirən sabiq nazir sonda yazıb ki, gün gələcək tarix oğrusu olanların öldükləri gün təqvimdə qırmızı şriftlərlə yazılacaq və xalq həmin gün bayram edəcək!
N.Qaramanlı