Bunu "Hraparak"ın müxbiri Marianna Qəhrəmanyan bu gün paylaşdığı məqaləsinin ilk cümləsində bildirib. Əlavə edib ki, parlamentin təhlükəsizlik və müdafiə məsələləri komissiyasında sözügedən məsələ ilə artıq iş başlayıb. Müxbir xatırladıb ki, 2020-ci il oktyabrın 28-də parlament "Müdafiə haqqında" qanunu müzakirə edərək mövcud ərazinin müdafiəsi üçün vaxtilə hərbi xidmətdə olmuş şəxslərin könüllülük prinsipi ilə həmin yerdəki hərbi birliyin komandanlığına tabe olması, icma sədrinin müavininin bu işdə bilavasitə iştirakı və məsuliyyəti qərara alınmışdı. 2021-ci ildə isə yeni müdafiə nazirliyinin baş qərargahının iştirakı ilə yeni qaydalar müzakirə edilib qəbul olunmuşdu.
Bu və digər məsələlərlə bağlı müxtəlif hərbi ekspertlərlə söhbət edən müəllif əlavə edib ki, 2021-2024-cü illərdə Müdafiə istiqamətində müəyyən işlər görülsə də bu müasir müdafiə qaydaları baxımından etibarlı sayıla bilməz və ona görə də həm yeni qanunların qəbuluna, həm də ordunun müasir silah - sursatla təmin olunmasına ehtiyac var. Ümumiyyətlə isə, bu məqalədən də açıq-aşkar görünür ki, haylar yeni müharibə istəyirlər.
Nəsib Qaramanlı