16.12.2024, 19:46
AZ EN
16.12.2024, 15:27 178

Ermənistanda narkomanlıq çoxalıb

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü paylaşımından bir daha aydın olur ki, son iki ildə narkotik vasitələrdən istifadə ilə bağlı həbs olunanların sayının daha da artıb. Bu sahədə Ermənistanda aparılan əməliyyatlar nəticəsində bəlli olub ki, narkotik vasitələrin qanunsuz dövriyyəsinin başında məhz yüksək vəzifəli məmurlar dururlar. Şəbəkə halında formalaşmış bu gəlirli "biznesin" nümayəndələri arasında rəqabət də artmaqdadır.

Sözügedən media qurumu əlavə edib ki, hayların Araqazud valisinin köməkçisi Armen Martirosyan da narkotik istifadəçisi və satış təşkilatçısı kimi həbs edilib. Vali isə bunun əsassız olduğunu bildirib. Deyib ki, polis rəisi ilə A.Martirosyan arasında şəxsi münasibətlərdə həmişə  gərginlik olduğuna görə rəis ondan qisas almaq üçün  belə ssenari yaradıb.

Sonda əlavə olunub ki, İrandan daşınan narkotikanın həcmi artdıqca xüsusilə tələbələr arasında narkotikə aludəçilik də çoxalır

N.Qaramanlı

Oxşar xəbərlər