14.03.2025, 21:05
AZ EN
12.12.2024, 11:34 295

Ermənistan oyuncaqlığını davam etdirir

XƏBƏRLƏR
  • Dünyada baş verən proseslər barədə jurnalistlərə açıqlama verən daşnak Armen Aşotyan deyib ki, bu gün dünya siyasətində gedən proseslərdə Ermənistan oyunçu kimi deyil, oyuncaq kimi iştirak edir.

Bu barədə xəbər verən "Hraparak" əlavə edib ki, siyasi bazarda gedən gizli danışıqlarda Ermənistan üçün yaxşı heç nə vəd olunmur. İqtidarın səriştəsizliyi və ələ baxımlığı sayəsində ölkə bazarlardakı piştaxtanın üstünə qoyulmuş  mala çevrilib və hər kəs istəyir ki,həmin malı daha ucuz qiymətə alsın.

Xatırladaq ki, ermənilərin ucuz mal, yaxud oyuncaq olduğu barədə söylənilənlər yenilik deyil. Çünki onların kiminsə oyuncağı olması barədə çoxsaylı tarixi sənədlərin sayı durmadan artmaqdadır.

N.Qaramanlı

Oxşar xəbərlər