Bu barədə “Shamshyan.com” xəbər verir.
Qeyd edilir ki, Daxili İşlər Nazirliyinin İctimai Polis Baş İdarəsinin Malatiya şöbəsinə vətəndaşın qanunsuz silah və sursata malik olması barədə məlumat daxil olub.
Hüquq-mühafizə orqanına 44 günlük müharibədən sonra cəbhədən gətirilən və bağa atılan silah və sursat barədə bildirilib. Polis əməkdaşları su kəməri yaxınlığında 1,5 km radiusda çoxlu sayda silah-sursatlar aşkarlayıblar.
Məlumata görə, 9 ədəd tapança, 9 tüfəng, 1 ədəd avtomat silah, 1 086 müxtəlif çaplı güllə, 21 qumbara, 11 partlayıcı maddə, habelə digər silah-sursat aşkarlanıb.
Faktla bağlı Malatiya-Sebastiya İnzibati Dairəsinin İstintaq İdarəsində cinayət işi başlanıb. (Report)