19.10.2024, 17:40
AZ EN
19.10.2024, 13:22 91

Ermənistanda biometrik pasportlar 2026-cı ilin ortalarında istifadəyə veriləcək

XƏBƏRLƏR
  • Ermənistanda biometrik pasportlar və şəxsiyyət vəsiqələri 2026-cı ilin ortalarından istifadəyə verəcək.

Bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin Miqrasiya və Vətəndaşlıq Xidmətinin rəis müavini Nelli Davtyan bildirib.

Onun sözlərinə görə, yeni sənədlərin tətbiqinə hazırlıq təxminən 1,5 il əvvəl başlayıb. Bu müddət ərzində bazar araşdırmaları, yerli və beynəlxalq şirkətlərlə danışıqlar aparılıb. Nəticədə gələcək əməkdaşlıq üçün üç böyük beynəlxalq təşkilat seçilib.

Oktyabrın 10-da texniki və maliyyə hissələri də daxil olmaqla tender başlayıb. Müraciətlər yanvarın 8-dək qəbul ediləcək, bundan sonra isə xüsusi komissiya təklifləri qiymətləndirəcək.

Ermənistan vətəndaşlarına biometrik pasportlarla yanaşı, elektron çiplə təchiz edilmiş biometrik şəxsiyyət vəsiqələri də veriləcək. (Report)

Oxşar xəbərlər