19.10.2024, 12:41
AZ EN
08.10.2024, 17:06 117

Serj Sarkisyanın qardaşının əmlaklarının müsadirəsi tələb olunur

XƏBƏRLƏR
  • Ermənistanın Baş Prokurorluğu məhkəmədən ölkənin keçmiş prezidenti Serj Sarkisyanın qardaşı Aleksandr Sarkisyan və onunla əlaqəli şəxslərə məxsus əmlakların müsadirəsini tələb edir.

Ermənistan KİV-in xəbərinə görə, məhkəməyə bu barədə rəsmi müraciət olunub.

Müsadirə olunmalı olan aktivlərin arasında 14 daşınmaz əmlak, 8 nəqliyyat vasitəsi, 5 şirkətdə iştirak payı və 13 milyon dollar məbləğində vəsait var.

Sözügedən şəxs və oğanları 2018-ci ildən hüquq-mühafizə orqanlarının nəzarətinə götürülüb və onların fəaliyyəti ilə bağlı araşdırma başlanılıb. Aleksandr Sarkisyan 2021-ci ildə barəsində başlanmış cinayət işi üzrə dövlətə 7 milyon dollar vəsait ödəyib.

Qeyd edək ki, o, həmçinin müxtəlif dövlət müəssisələrinin payını qanunsuz olaraq əldə etməkdə və onların gəlirinin 50 fazini mənimsəməkdə təqsirləndirilir. (APA)

Oxşar xəbərlər