20.10.2024, 09:41
AZ EN
03.10.2024, 09:26 228

Erməni keşiş Paşinyana qarşı mitinqlərə start verdi

XƏBƏRLƏR
  • Bu ilin yazından Ermənistanda hakimiyyətdən narazı qüvvələri ətrafına toplayaraq Baş nazir Nikol Paşinyana qarşı silsilə mintiqlər təşkil edən arxiyepiskop Baqrat Qalstanyan etiraz aksiyalarının növbəti mərhələsinə satrat verib.

"Vətən səsi" xəbər verir ki, ötən axşam İrəvanın Respublika meydanında Baqrat Qalstanyanın rəhbərlik etdiyi "Vətən naminə Tavuş" müxalifət hərəkatının mitinqi keçirilib. Ermənistan mətbuatının yaydığı məlumata görə, Qalstanyan bir müddət əvvəl hakimiyyətdən narazı qüvvələri İrəvandakı mitinqə çıxmağa və mübarizənin yeni mərhələsinə qoşulmağa çağırıb. O, müxalifət nümayəndələrini vahid ideya ətrafında birləşməyə səsləyərək bildirib ki, Ermənistan vətəndaşlarının artıq məyusluq, acizlik və müzakirə üçün vaxtı yoxdur.

Hərəkat lideri tərəfdarlarının Ermənistanın baş naziri Nikol Paşinyanın istefasına nail olacağına da əmin olduğunu bildirib.

Hakimiyyət mitinqə mane olmasa da, meydanın ətrafında polis və təhlükəsizlik qüvvələri yerləşdirilib. Polis və Milli Təhlükəsizlik Xidməti mitinqdən bir neçə saat əvvəl aksiyada iştirak edəcək şəxslərə müraciət edərək, qanunsuz əməllərdən çəkinməyə çağırıb.

Elxan SALAHOV

Oxşar xəbərlər