Bu gün isə metroda gediş haqqının jetonla ödənilməsinə başlanılıb.
"Hraparak" xəbər verib ki, səhər tezdən metrostansiyalarında jeton satışı üzrə "bir pəncərə" üsulundan istifadə edildiyinə görə yaranan növbədə sıxlıq əmələ gəlib və sərnişinlər arasında öncə mübahisə, sonra əlbəyaxa dava olub. Polis hadisəyə müdaxilə edəndə isə vəziyyət daha da kəskinləşib. Nəticədə polislə sərnişinlər arasında toqquşma olub.Müxbirin yazdığına görə, ikisi tələbə olmaqla 10 nəfər saxlanılaraq polis bölməsinə aparılıb.
Xatırladaq ki, dünyada 20 ildən çoxdur ki, metroda jeton, yaxud kart sistemindən istifadə edildiyi halda özlərini hər şeydə birinci hesab edən haylar jeton sisteminə bu gün, özü də bir-birini döyüb söyməklə keçib.
N.Qaramanlı