- Vaxranq Siradeğyan "Hraparak"ın bu günkü yayımında yazıb ki, ölkədəki iqtisadi, siyasi böhran həm də mənəvi böhranla müşahidə olunur. O, iş axtaranlar arasında Qarabağdan könüllü köçənlərin çoxluq təşkil etdiyinin canlı şahidi olduğunu qeyd edərək əlavə edib ki, əksəriyyəti gənclər olan bu adamlara iş vermək əvəzinə onlara "iş Qarabağdadır, get orda işlə", - deyə məsxərə edirlər. Bu sözün üstündə neçə dəfə əlbəyaxa dava da olduğunun şahidi olan müəllif əlavə edib ki, məhz ona görə də xarici pasportu və yol xərci olanlar Ermənistanı tərk edib Rusiyaya gedirlər.
O, daha sonra əlavə edib ki, Qarabağdan köçənlərin Ermənistandan başqa ölkələrə getməsində hakimiyyətin daha çox marağı var. Belə ki, hakimiyyət bununla özünü həm siyasi, həm də problemlərdən az da olsa qurtulmuş hesab edir. "Rusiyada isə haylara əvvəlki isti münasibət yoxdur", - deyə V.Siradeğyan oraya gedənləri "gələcəyi indidən yox olanlar" qrupuna daxil edib.
N.Qaramanlı