19.10.2024, 07:44
AZ EN
11.07.2024, 14:25 263

Ombudsman gizlənir

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, 2023-cü il sentyabrın 19-da Azərbaycanın apardığı bir günlük lokal antiterror əməliyyatları zamanı ölmüş separatçıların valideynləri, qohumları tez-tez hökumət binası önünə yığışaraq onların nəşinin İrəvana gətirilməsini və adlarının əbədiləşdirilməsini tələb edirlər. Amma onlara bir neçə dəfə  bunun mümkünsüzlüyü izah edilsə də nəticəsiz qalıb.

Bu gün isə insan haqqlarının müdafiəsi (Ombudsman) qurumunun qarşısında növbəti aksiya keçirilib. Ombudsman Anahid Manasyan onları qəbul etməsə də nahar fasiləsi zamanı qapının önü kəsildiyinə görə bir neçə dəqiqə ayaqüstü söhbət etməyə məcbur olub və ümidləndirici vədlər verib. Bu xəbəri yayan Sevak Vardumyan sonda xatırladıb ki, ombudsman bir neçə dəqiqə söhbət etməyə məcbur olsa da həmişə gizlənib və bundan sonra da belə olacaqdır.

N.Qaramanlı

Oxşar xəbərlər