Bu qənaətə gələn agentlik əlavə edib ki, bu barədə bir az öncə Ermənistan-Qərb əməkdaşlığı barədə keçirilən iclasda Avropa İttifaqının Ermənistandakı səfiri Vasilos Maraqos öz çıxışında bildirib. O, deyib ki, Ermənistanda iri infrastruktur layihələrinin genişləndirilməsi qərara alınıb. Onun dediyinə görə bu məqsədlə 600 milyon avro vəsait xərclənib və digər layihələrin də icrasına başlamaq nəzərdə tutulub. Bəs, digər layihələr dedikdə nələr nəzərdə tutulur?
Bu açıqlanmadığına görə ehtimal olunur ki, "digər layihələr" ifadəsinin altında hərbi əməkdaşlıq öndə durur.
N.Qaramanlı