Onlar olay yerinə gələn polislərə bildiriblər ki, baş nazir Nikol Paşinyan həmişə kəndlilərin tərəfində olub. Deyib ki, əgər problem varsa, yolu bağlayın. Paşinyanın adının hallanmamasını tövsiyə edən polislər məsələnin daha da kəskinləşəcəyi barədə müvafiq təşkilatlara məlumat versələr də həmin torpaq sahələrinin strateji məqsədlər üçün istifadə ediləcəyi açıqlanıb və boşaldılması vacib hesab olunub.
Kəndlilər isə məsələ həll edilməyincə yolu açmayacaqlarını israrla vurğulayıblar.
Deyəsən, yeni toqquşma qaçılmazdır.
N.Qaramanlı