O, yazıb ki, 44 günlük müharibədən dərhal sonra Ermənistanda kütləvi ixtişaşlar olub. Sonra bir az sakitlik yaransa da toplum yenidən küçələrə çıxıb və bu aksiyaya deputat İşxan Sağatelyan başçılıq edib. Vurğulanırdı ki, hakimiyyət istefa verməsə başqa vasitələrə əl atılacaq. Bəllidir ki, onlar da sonradan geri çəkildilər. Paşinyan və komandası isə "torpaqları hədiyyə etmək missiyasını davam etdirdilər". "Tauş naminə vətən" hərakatının başında din adamının durduğunu məmnunluqla ifadə edən iş adamı əminliklə bildirib ki, Ermənistan Qərblə əməkdaşlığı genişləndirərək sonunu yaxınlaşdıracaq. Rusiyadakı haylarla qərbdəki diasporlar arasında münasibətlərin getdikcə kəskinləşdiyinin artıq çoxlarının da diqqətini cəlb etdiyini bildirən iş adamı keşişlərin məhz Kremlin maraqlarına uyğun fəaliyyət göstərməsini arzuladığını xüsusi qeyd edib. O, əlavə edib ki, Nikol Paşinyan müharibənin Koçaryan və Sarkisyana görə uduzulduğunu desə də, bu tam doğru deyil, yeni torpaq uğrunda yeni müharibə labüd idi. Uduzan isə Ermənistanın həm bu günü, həm də gələcəyi oldu.
Keşişə və onun apardığı mübarizəyə həm də maddi dəstək verməyə hazır olduğunu bir neçə dəfə diqqətə çatdıran iş adamı əmindir ki, baş nazirin komandası istefa verməsə silahlı münaqişə yaranacaq və ermənilər öz dövlətlərini itirəcəklər.
Təki belə olsun!
Nəsib Qaramanlı