10.06.2025, 01:38
AZ EN
20.06.2024, 16:12 324

Erməni diplomat sülh istəmir

XƏBƏRLƏR
  • Ümumerməni diplomatlar şurasının üzvü, fövqəladə və səlahiyyətli səfir Vahaqn Melikyan "Hraparak"ın müxbiri Marianna Qahramanyana verdiyi müsahibədə bir sıra məqamlara toxunub. O, hər bir müharibənin sonunun sülh müqaviləsi olduğunu vaxtilə yaxşı bildiyini dilə gətirsə də, nədənsə, 44 günlük müharibədən sonra buna inanmadığını açıqlayır.

O, birbaşa sülh danışıqlarının dayandırılmasının tərəfdarı olduğunu da gizlətmir. Noyabrda Bakıda keçiriləcək beynəlxalq tədbirdə baş nazir Nikol Paşinyanın iştirak edib-etməyəcəyi barədə gedən söz-söhbətə də diplomat kimi deyil, ifrat revanşçı kimi münasibət göstərən V.Melikyan deyib ki, bu lap gülməlidir, o, Bakıya getsə, təslim olduğunu yenidən gündəmə gətirmiş olacaq.

Əsl erməni xisləti ilə düşünən bu adı diplomat, özü psixi xəstə örnəyi yeni müharibənin olmasını istəyir. Görünür, hələ də 90-cı illərin havası ilə oynamaqdadır.

N.Qaramanlı

Oxşar xəbərlər