30.04.2024, 09:12
AZ EN
17.04.2024, 08:50 324

Paşinyan polislərlə görüşdə onlara güvəndiyini bildirib

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verir ki, dünən Ermənistanın baş naziri Nikol Paşinyan daxili işlər nazirliyinin binasında Ermənistan polisinin 106-cı ildönümü ilə əlaqədar görüşdə iştirak və çıxış edib.

O, polisləri peşə bayramları münasibətilə təbrik edərək ölkədə asayişin qorunmasında daim onlara güvəndiyini vurğulayıb. Hakimiyyətdə olduğu 6 il ərzində polislərin maaşlarının bir neçə dəfə artırılmasına görə baş nazirə təşəkkür edən yüksək çinli polislər bundan sonra da hakimiyyətin siyasətini dəstəkləyəcəklərini diqqətə çatdırıblar. Agentlik isə əlavə edib ki, Paşinyan öz siyasətini polis dəyənəyi üzərində qurub və ölkədə demokratik dəyərlər ciddi təhlükə altındadır.

N.Qaramanlı

Oxşar xəbərlər