21.11.2024, 18:20
AZ EN
12.04.2024, 14:15 217

Ermənistanda xarici turistlərə qarşı törədilən cinayətlərin sayı artıb

XƏBƏRLƏR
  • Ermənistanda xarici turistlərə qarşı törədilən cinayətlərin sayı kəskin artıb.

Bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan hökumətin iclasında söyləyib.

Onun sözlərinə görə, iqtisadiyyat artır və ölkəyə xaricdən çoxlu sayda turist axını yaranır, bu isə ciddi problemə çevrilir.

“Biz turistlərlə bağlı cinayətlərə də çox həssas yanaşmalıyıq, ona görə ki, bu, Ermənistanın imicinə ciddi zərbədir”, - deyə Paşinyan vurğulayıb.

Qeyd edək ki, Ermənistanda xarici turistlərə qarşı zorakılıq, ölüm halları, soyğunçuluq və aldadılaraq başqa işlərə, narkotik alverinə, qadın turistlərin fahişəliyə cəlb olunması, turistlərin oğurlanaraq sonradan ailəsinə satılması faktları kəskin artıb.

Keçən il Ermənistanda 100-dən çox belə cinayət faktı törədilib. (AZƏRTAC)

Oxşar xəbərlər