09.06.2025, 06:02
AZ EN
27.03.2024, 15:50 167

Haylar ağacları da düşmən hesab edir

XƏBƏRLƏR
  • Erməni KİV-ləri artıq ikinci gündür ki, yeni mövzu tapıblar.

Bildirilir ki, baş nazir Nikol Paşinyan İrəvanın mərkəzindəki Tumanyan küçəsində yaşı 70-80 olan ağacları kökündən çıxarıb yerində yüzlərlə Huda ağacı basdırılmasına göstəriş verib. Haylar deyirlər ki, vətəni İsrail olan həmin ağaclara hamı ona görə nifrət edir ki, İsa peyğəmbərə xəyanət edən Huda adlı yəhudi məhz həmin ağacdan asılıb və bundan sonra lənətlənmişlər sırasına daxil edilib. Erməni bioloqlar isə bildiriblər ki, sözügedən ağacların pis qoxusu var və allergiyaya təkan verir.

Paşinyanın hətta telefondan istifadə etdiyinə bir lətifə qoşan haylar bu dəfə isə deyirlər ki, Paşinyan yəhudi ağacları əkdirməklə azərbaycanlıların İrəvana gəlməsinin qarşısını almaq istəyir. Daha sonra isə əlavə olunub ki, Paşinyan vəsiyyət edib ki, vəfat edəndə onun qəbrinin üstünə İsraildən gətirilmiş əklillər qoyulsun. "Hraparak"ın əməkdaşı isə təklif edib ki, erməni bioloqlar yeni ağac növü yetişdirib adını "satqın Nikol" qoysun ki, onun adını daim xatırladaraq söyülsün.

Görünür, haylar genlərindəki eybəcərliyi təbiətə də sırımaq istəyirlər.

N.Qaramanlı

Oxşar xəbərlər