O, bunu belə izah edir ki, Ermənistanla Aİ arasında müşahidəçilik barədə sənəd yalnız 2023-cü il fevralın 20-də imzalanıb və bu mövcud konstitusiyaya ziddir. Çünki Ermənistan konstitusiyasında ölkənin sərhədlərini hansısa beynəlxalq qurumun qoruması, yaxud orada müşahidəçi qismində olması yazılmayıb. Amma Ermənistanla Rusiya Federasiyası arasında imzalanmış müttəfiqlik barədə sənəddə bu haqda ayrıca maddə var. Ona görə də "İrəvanın hava limanında,Türkiyə və İranla sərhəddə Rusiya sərhədçilərinin mövcudluğu qanunauyğundur"- deyən K.Simonyan daha sonra əlavə edib ki, avropalı müşahidəçilər ermənilərə Afrikadakı müstəmləkələrindəki insanlara baxdığı meyarla baxırlar. "Onlar hər hansısa cinayət əməli törətdikdə isə Ermənistanda deyil məhz öz ölkələrində məsuliyyətə cəlb ediləcək, daha doğrusu sərbəst buraxılacaqlar" sözlərindən sonra o, bu missiyanın Ermənistana yalnız zərər vurduğunu xatırladıb.
Yerigəlmişkən yenidən xatırladaq ki, "Hraparak" müxalifət mövqeyində olmaqla həm də Rusiya meylli media şirkətidir. Baş redaktor Armine Ohanyan isə Ermənistanda parlament sədri olan Alen Simonyanın qaynanasıdır və vaxtilə Nikol Paşinyanın rəhbərlik etdiyi "Haykakan jamanak" qəzetində işləyib.
Nəsib Qaramanlı