04.05.2025, 06:24
AZ EN
26.08.2024, 17:51 290

Ermənistanın səfirləri yenə yığışacaq

XƏBƏRLƏR
  • "Hraparak" xəbər verib ki, Ermənistanın müxtəlif dövrlərdəki fövqəladə və səlahiyyətli səfirləri avqustun son günlərində İrəvana gələcəklər. Göstərilir ki, hər il keçirilən birgə toplantıda qarşıda duran vəzifələr barədə fikir mübadiləsi aparılır və xarici işlər nazirliyi tərəfindən təlimatlar verilir.

Agentlik öz mənbəyinə istinadən əlavə edib ki, bu dəfəki toplantıda Qarabağdan köçən ermənilərlə bağlı xaricdə daha geniş təbliğat aparılması üçün xüsusi plan təqdim ediləcək.

Hayların hər bir təbliğatı daim yalan üzərində qurulduğuna görə daim fiaskoya uğradığı isə hamıya bəllidir.

Nəsib

Oxşar xəbərlər