21.11.2024, 22:37
AZ EN
04.03.2024, 11:08 319

Vandalizm ermənilərin qanındadır

XƏBƏRLƏR
  • Erməni siyasi-ictimai fəal Avetık Çalabyan FB səhifəsində etdiyi növbəti paylaşımda ermənilərin genində vandalizmin olduğunu dolayısı ilə etiraf edib.

Qarabağda aparılan abadlıq-bərpa işlərinə erməni sayağı qiymət verən Avetik köhnə binaların əvəzinə yenilərinin tikiləcəyini dağıdıcılıq əməliyyatı kimi dəyərləndirir və bununla bağlı gözyaşları axıdır. Ermənilərin guya yaradıcı toplum olduğunu bildirən bu ictimai fəal  reallıqdan uzaq sözlərlə sübut etməyə cəhd edir ki, "ermənilərin öz əlləri və vəsaitləri ilə tikdikləri binalar dağıdılır ki, bölgədə erməni izi qalmasın". Həqiqət isə tam başqadır. Belə ki, Qarabağda, o cümlədən Xankəndidə tikinti işləri məhz Azərbaycanın vəsaiti hesabına aparılıb və orada işləyən ermənilər məhz Azərbaycanın pulu ilə ailələrini dolandırıblar. İşğal etdikləri ərazilərdəki dağıntılar isə onların həm də infrastruktur düşmənləri olduqlarını isbatlayır.

Nəsib

Oxşar xəbərlər