22.11.2024, 21:26
AZ EN
28.02.2024, 16:00 301

Rusiya XİN Simonyana cavab verib: Onun sözləri qeyri-dost davranışlardır

XƏBƏRLƏR
  • Rusiya Ermənistan parlamentinin sədri Alen Simonyanın rus sərhədçilərinin İrəvan hava limanından çıxarılmasının zəruriliyi ilə bağlı sözlərini qeyri-dost davranış nümunəsi kimi qiymətləndirir.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova brifinqdə deyib.

O qeyd edib ki, Rusiya Ermənistandan sərhədçilərin İrəvan hava limanından çıxarılması ilə bağlı heç bir müraciət almayıb.

Qeyd edək ki, A.Simonyan daha əvvəl rus sərhədçilərinin İrəvan hava limanından çıxarılmasının zəruriliyinə işarə vurmuşdu. (Report)

Oxşar xəbərlər