Bu sözləri "Daşnaksütyun" partiyasının ali şurasının üzvü, Ermənistan parlamentinin sabiq sədri Samvel Nikolyan deyib. O, əlavə edib ki, biz bu xalqa dövlət dəyərləri verdik. Bu onların xoşuna gəlmir? Bu günkü "inqilabçılar" -Paşinyan və komandası isə bunun mahiyyətinə o qədər də varmırlar. Mikrofonda ən çox danışanın Nikol Paşinyan olduğunu xatırladan sabiq spiker həyacanla əlavə edib ki, Ermənistan artıq NATO-nun, xüsusilə Fransanın Rusiya əleyhinə təbliğat səhnəsinə çevrilib və bu erməni xalqı, erməni dövləti üçün təhlükədən başqa heç nə vəd etmir. Rusiya ilə düşmən olmaqla erməni dövlətinin sonunu görmək arasında qısa zaman məsafəsi olduğunu vurğulayan daşnakın fikrincə, KTMT-nın sabiq erməni baş katibini Paşinyan həbs etdirməklə qarşıdurmanın əsasını qoyub. Sonrakı çıxışları isə bunu daha da şiddətləndirib. Ermənistanda sərhədləri Rusiya hərbçilərinin qoruduğunu və Gümrüdə ruslara məxsus bazanın mövcudluğunu xatırladan sabiq deputat və spiker Nikolun siyasətinin Ermənistana qarşısıalınmaz zərbələrlə yekunlaşacağını cəmiyyətdə çoxlarının dərk etmədiyini də dilə gətirərək "Hraparak"ın müxbiri Hayka Aloyanla telesöhbətinin sonunda belə deyib: "Ermənistan faktiki olaraq Qərb-Rusiya qarşıdurmasının səhnəsidir".
Bu səhnədə ən çox uduzan isə Ermənistanın olacağı indidən görünür. Axı, bir dövlətin qızışdırması ilə başqasının əleyhinə gedib cəzalanmaq da məhz erməni mentalitetinin təkzibolunmaz sübutudur.
N.Qaramanlı