20.09.2024, 00:23
AZ EN
27.02.2024, 12:01 223

"Erməni soylu" layihəsi davam edir

XƏBƏRLƏR

"Hraparak"ın məlumatına görə 15 il öncə iş adamı Qaqik Carukyanın təşəbbüsü ilə "Erməni soylu" layihəsi həyata keçirilməyə başlayıb. Sözügedən layihədə məqsəd erməni gənclərinə millilik aşılamaq, bu sahədə fəallıq göstərən  şəxslərin "Şarl Aznavur adına qızıl medal" la mükafatlandırılmasıdır. Bu günlərdə Fransanın Avinyon şəhərində həmin layihənin 15 illiyi ilə bağlı tədbir keçirilib. Qaqıq Carukyan yenə də ermənilər barədə həqiqətdən uzaq fikirlər səsləndirib, bütün erməniləri, xüsusilə gəncləri ermənilik ideologiyası ətrafında sıx birləşməyə çağırıb. Bildirilib ki, təkcə ermənilər deyil, erməniləri daim dəstəkləyən fransızlar da həmin medalla mükafatlandırılacaq. Onların sırasında Fransa prezidenti E.Makronun da olub-olmaması barədə sual isə hələ öz cavabını gözləyir.

Nəsib

Oxşar xəbərlər

SON XƏBƏRLƏR