"Hraparak" xəbər verir ki, fevralın 27-də saat 13-də İrəvan şəhərinin ümumi hüquq məhkəməsində Xocalı qatillərindən olan Robert Koçaryanın deputat oğlu Levon Koçaryana və onun dostu Sergey Asaturova qarşı hakim Karen Faxtoyanın sədrliyi ilə ilk məhkəmə iclası olacaq. Bu barədə vəkil Edik Aleksanyan açıqlama verib. Əlavə olunub ki, məhkəməyə səbəb Levon Koçaryanın polislərlə insidenti olub. Hüquq eksperti Aram Vartevyan isə bildirib ki, ittihamnamədə bir neçə söz dəyişdirildiyinə görə ilkin istintaq da yenilənibmiş. Ehtimal olunur ki, məhz ona görə ikisi də yalnız cərimə ilə cəzalandırılacaqlar.
Nəsib