03.12.2024, 22:08
AZ EN
07.02.2024, 18:25 269

Paşinyan: “Ermənistanın region ölkələri ilə münasibətlərinin xarakteri dəyişib"

XƏBƏRLƏR
  • Gürcüstanın Avropa İttifaqına (Aİ) üzvlük üçün namizəd statusu Cənubi Qafqaz regionunu dəyişir.

“Sputnik-Armenia” xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan gürcüstanlı həmkarı İrakli Qaribaşvili ilə imzaladığı strateji tərəfdaşlıq sazişinə münasibət bildirərkən deyib.

O xatırladıb ki, sənəddə hər iki ölkənin müxtəlif əməkdaşlıq istiqamətləri öz əksini tapıb: “Ermənistanın region ölkələri ilə eləcə də regionun özü ilə münasibətlərinin xarakteri dəyişib. Onun reallıqlarından biri də odur ki, ötən il Gürcüstan rəsmən Aİ-yə namizəd statusu alıb”.

“İstəsək də, istəməsək də bu, obyektiv olaraq regionumuza təsir edir. Dörd qonşu ölkədən ikisi Aİ üzvlüyünə namizəddir. İndi hər şey dəyişir. Mən hesab edirəm ki, Gürcüstanla strateji dialoqun olması çox vacibdir, onunla münasibətlərdə konkret məsələlərə bağlı qalmamalı, onların həlli yollarını axtarmalıyıq”, - N.Paşinyan vurğulayıb. (Report)

Oxşar xəbərlər