20.09.2024, 04:58
AZ EN
29.01.2024, 09:32 252

Ermənistan yeni silahlar axtarışına çıxıb

XƏBƏRLƏR
  • 1988-ci ilin ortalarında "qaraköynəklilər" adlanan qanunsuz silahlı dəstələr yaratmağa başlayan və soydaşlarımızı ata-baba torpaqlarından zorla qovan ermənilər yanvarın 28-də rəsmi ordularının yaranmasının 32-ci ildönümü ilə bağlı bayram tədbiri keçiriblər.

Baş nazir Nikol Paşinyan reallığa uyğun olmayan belə bir fikir səsləndirib ki, guya erməni ordusu yaratmaq zərurəti Azərbaycanın sülh şəraitində yaşamaq istəməməsindən yaranıb.

O, əlavə edib ki, hər bir ölkə özünü müdafiə etmək üçün ordusunu yeniləşdirmək hüququna malikdir. İlk baxışda burada qeyri- adi heç nə olmadığı qənaətinə gəlmək olar. Amma erməni mentaliteti deməyə əsas verir ki, ermənilər müdafiə üçün deyil, əksinə, başqasının ərazisini zəbt etmək məqsədilə ordu yaradıb. Törətdiyi cinayətlərin isə analoqu olmayıb. Minlərlə soydaşımızın amansızlıqla qətlə yetirilməsi, işğal olunmuş ərazilərimizin xarabalığa çevrilməsi bunun inkaredilməz sübutudur. 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan və tamamilə məhv olmaq təhlükəsindən yalnız Müzəffər Ali Baş Komandanımızın və xalqımızın  yüksək humanizmi sayəsində qurtulan erməni ordusunun başbilənlərinin indi də yeni silahlar əldə etməyə çalışmaları bu toplumun heç vaxt sülh, əmin- amanlıq şəraitində yaşamaq istəməməsinin təzahürüdür.

Çıxışında "yenə təkrar edirəm güclü və döyüşkən ordu yaratmaq əsas vəzifəmizdir", - deyən baş nazir N.Paşinyanın bunun üçün durmadan çalışmaq lazım gəldiyini vurğulaması isə ermənilərin yeni təxribatlar törətməsinə hazırlıq gördüyü anlamına gəlir. Amma bir danılmaz  həqiqət var ki, Azərbaycan əsgəri yeri gələrsə onlara daha güclü dəmir yumruq endirməyə qadirdir.

N.Qaramanlı

Oxşar xəbərlər

SON XƏBƏRLƏR