19.09.2024, 05:15
AZ EN
24.01.2024, 12:36 219

Ermənilər öz şairlərini də terrorla öldürüblər

XƏBƏRLƏR

Bu gün məşhur erməni şairi Paruyr Sevakın anadan olmasından 100 il ötür. "Hraparak" yazır ki, 1924-cü il yanvarın 24- ə Vedibasarın Çanaxçı kəndində anadan olan Paruyr Sevak ailənin ikinci övladı idi, amma özündən böyük olan qardaşı uşaqkən vəfat etdiyinə görə ailədə yeganə övlad olub. Beş yaşında yazıb oxumağı bacarıb. Məktəb illərindən şeirlər yazıb və istedadı ilə diqqəti cəlb edib. Moskvada M.Qorki adına Ədəbiyyat institutunda oxuyub. Şeirləri sovet xalqlarının dillərinə tərcümə edilib. İşlədiyi jurnalda daim tənqidi yazılar yazıb, ayrı-ayrı vəzifəli şəxslərə müxtəlif satirik şeirlər həsr edib və bu, oxucular arasında geniş yayıldığına görə təqiblərə məruz qalıb, dəfələrlə hədə-qorxu yazılmış imzasız məktublar alıb. 1971-ci il iyunun 17-də isə  avtomobil qəzasında həlak olub və doğulduğu Çanaxçı kəndində dəfn edilib. Dostları onun qəsdən öldürüldüyü barədə dəfələrlə Ermənistan KP MK-sinə məktub ünvanlayıb araşdırma aparılmasını tələb etsə də  bu həqiqət yalnız SSRİ süqut etdikdən sonra açıqlanıb və mətbuatda onun, doğrudanda, terrora məruz qalması barədə müxtəlif məqalələr dərc edilib.

Bu isə bir daha sübut edir ki, terrorçuluq hayların genindədir.

N.Qaramanlı

Oxşar xəbərlər