19.10.2024, 23:37
AZ EN
11.01.2024, 09:27 207

Ermənilər özləri özlərinə düşməndir

XƏBƏRLƏR
  • "Hraparak"ın baş redaktoru, 2021-ci ildəki parlament seçkilərindən sonra cəmiyyətdə müxalif qaynana ləqəbi ilə tanınan Armine Ohanyan rəhbəri olduğu media şirkətində həm də özünün üslubu ilə fərqlənir. Onun bu günkü "Özümüz özümüzə düşmənik" başlıqlı məqaləsində isə erməni cəmiyyətinin, xüsusilə ziyalı hesab edilən təbəqənin mənfilikləri faktlarla sübuta yetirilir.

Vurğulanır ki, son beş ildəki məlum olaylar ermənilərin içüzünü tam açıqlayıb. Tarixi düşmənlərin vurduğu yaralar ermənilərin özlərinin özlərinə vurduğu yaraların yanında çox kiçik görünür. Həmişə özünü dost göstərən, amma yalnız öz mənafeyini düşünənlər də erməni cəmiyyətinə sarsıdıcı zərbələr endirib. O, daha sonra əlavə edib ki, bütün bunların günahkarı məmurlar, ilk növbədə isə ziyalılardır. Erməni ziyalısı üzdə vətənpərvərlikdən danışsa da daxilən hakimiyyətin və məmurların quluna çevrilib. İş o yerə gəlib çatıb ki, elmdə böyük xidmətləri olan alim deputatla bir süfrədə oturmağı, məmurla şəkil çəkdirməyi özünə şərəf hesab edir.

Bəzənsə onların qapılarının önündə saatlarla gözləyirlər ki, qəbuluna düşsün və öz şəxsi məsələsinin həlli üçün təkcə başını deyil, həm də şəxsiyyətini aşağı salsın. Belə bir durumda heç bir sahədə uğurun baş tutmayacağını diqqətə çatdıran A.Ohanyan erməni cəmiyyətinin getdikcə çürüyərək məhv olacağı qənaətini də qələmə alıb.

Xatırladaq ki, o, vaxtilə indiki baş nazir Nikol Paşinyanla eyni redaksiyada müxalifətçilik edib. Hazırda Ermənistan parlamentinin sədri olan kürəkəni Alen Simonyanın siyasətini də dəfələrlə tənqid edib. Səbəbi soruşulanda isə deyib ki, yaxşı işləsin, tənqid etməyim.

Nəsib Qaramanlı

Oxşar xəbərlər