23.12.2024, 11:05
AZ EN
09.01.2024, 13:11 316

Kilsənin həyətində dava düşüb

XƏBƏRLƏR

"Hraparak"ın sırağagünkü sayında xəbər verilirdi ki, İsa peyğəmbərin mövludu ilə əlaqədar Uluxanlıdakı (ermənilər 50-ci illərdə Masis adı veriblər) kilsədə Qarabağdan köçənlər üçün ehsan süfrəsi açılıb və burada 100-dən çox adam iştirak edib. Agentliyin bugünkü sayında isə bildirilir ki, sözügedən tədbirdən sonra həyətə çıxan, yerli ermənilərin şurdvac (başqa xalqdan dönmə) adlandırdığı cavanlarla "erməni vətənini türklərə hədiyyə etdiniz"- deyə onları küçə leksikonunda təhqir edən gənclər arasında başlayan mübahisə əlbəyaxa davaya çevrilib və bu bir qədər sonra kütləviləşib. Kilsənin işçilərinin cəhdlərinə baxmayaraq cavanları sakitləşdirmək mümkün olmayıb .Onlar bir-birinə "türk özünsən" deyərək bıçağa da əl atıblar və bir nəfər qolundan zədə alıb. Davanın daha da qızışdığını görən keşişlər polisə müraciət ediblər və bir neçə nəfər şöbədə dindirildikdən sonra kilsənin baş keşişinin vasitəsilə tərəflər barışdırılaraq sərbəst buraxılıb.

Xatırladaq ki, Uluxanlıda yaşayan hayların əksəriyyəti 19-cu əsrin ortalarında İrandan, Türkiyədən, 1949-53 -cü illərdə isə Suriya və Türkiyədən köçürülənlərdir.

N.Qaramanlı

Oxşar xəbərlər