24.04.2025, 23:18
AZ EN
29.12.2023, 16:06 316

Məmur jurnalistə uduzdu

XƏBƏRLƏR
  • "Hraparak"ın bu günkü yayımında xəbər verilir ki, hakim partiyanın nümayəndəsi, Acapnyak bələdiyyə başçısının müavini məhkəmədə jurnalist Lia Sarkisyana uduzub, ondan üzr istəyib və kompensasiya ödəyəcəyini bildirib.

Agentlik bunun səbəbini açıqlayıb və yazıb ki, həmin məmur 2022-ci ilin aprelində övladları 44 günlük müharibədə ölən, yaxud itkin düşən valideynlərlə söhbət zamanı onları "pinti" (ermənilər şifahi danışıqda pinti, talançı, çoban, cəhənnəm və s.  Azərbaycan sözlərini çox işlədir- N.Q.) adlandırıb. Jurnalist isə onu mədəni olmağa dəvət edib. Aralarındakı mübahisə böyüyüb və jurnalist onun barəsində iddia ərizəsi ilə məhkəməyə müraciət edib. Fasilələrlə olsa da bir ildən çox aparılan istintaq hərəkətləri zamanı dəfələrlə jurnalistə xahiş olunub ki, iddiasından əl çəksin. Amma o, inadından dönməyib və məmurla məhkəmə salonunda hesablaşacağını bildirib. Bu günlərdə isə məhkəmə iclası olub və jurnalistin iddiası tam olmasa da təmin edilib.

N.Qaramanlı

Oxşar xəbərlər