"Axar.az" xəbər verir ki, “Bez Tormozov” "Teleqram" kanalı Kazandan olan ailə - Tatyana Babayan, əri Artur Babayan, onların övladları Arkadi, Samvel və Aleksandranın fotoları dərc edilib.
Bildirilir ki, onlar rus sülhməramlıların məsuliyyət zonasına 2020-ci ildən sonra yerləşdiriliblər. Tatyana sülhməramlı kontingentin təşkil etdiyi anti-azərbaycan tədbirlərində fəal iştirak etməklə fərqlənir.
“Tatyana fevralın 26-da Xocalı faciəsinin ildönümü günü təşkil edilən Maslenitsada da iştirak edib. Maslenitsa məhz qadınların, uşaqların və qocaların vəhşicəsinə qətlə yetirildiyi Xocalı təpələrində qeyd olunurub”, - məlumatda bildirilib.
Artur Babayanın sülhməramlı kimi “xidmət etdiyi” də istisna edilmir.
Hazırladı: Tahirə AĞAMİRZƏ