18.05.2024, 09:14
AZ EN
28.12.2023, 08:38 256

Rusiya XİN Ermənistana NATO ilə bağlı ciddi xəbərdarlıq edib

XƏBƏRLƏR
  • “Rusiya Federasiyası gözləyir ki, Ermənistan NATO ilə dialoqun dərinləşməsi səbəbindən milli müdafiə və təhlükəsizlik sahəsində dövlət suverenliyini itirmək təhlükəsindən xəbərdardır”.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov ilin yekunları üzrə TASS-a müsahibəsində deyib.

XİN rəhbəri vurğulayıb ki, bu il Ermənistan alyansla onlarla tədbirdə iştirak edib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvvələrinin NATO standartlarına uyğun modernləşdirilməsini davam etdirir və onun hərbi qulluqçuları blokun bir sıra dövlətlərində təlimlər keçir.

“Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətinə çatdırmışıq ki, NATO-nun əsl məqsədi regionda öz mövqelərini gücləndirmək və “parçala və idarə et” sxemi ilə manipulyasiyaya şərait yaratmaqdır”. (Report)

Oxşar xəbərlər